Sinqapurda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi

Sinqapurda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi

Sinqapur Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də "İstana" sarayında rəsmi qarşılanma mərasimi olub. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan dövlətinin başçısını Sinqapur Prezidenti Toni Tan qarşılayıb. Azərbaycan və Sinqapur Respublikalarının dövlət bayraqlarının dalğalandığı sarayın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qaravul dəstəsi düşülüb.

Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və Sinqapurun dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qaravul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev "İstana" sarayının fəxri qonaqlar kitabını imzalayıb.

Azərbaycan nümayəndə heyəti Sinqapur Prezidentinə, Sinqapurun dövlət və hökuməti üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə