Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gedib. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, "Çangi" Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Sinqapurun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Sonra beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda qısa görüş olub.
Prezident İlham Əliyev "Çangi" hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB