Əli Həsənov: “Azərbaycanda söz azadlığı və siyasi plüralizm mövcuddur”
"Azərbaycanda söz azadlığı və siyasi plüralizm mövcuddur". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Rabitə dünyası" qəzetinin 20 illik yubileyində çıxışında deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycanı azad sözsüz demokratik ölkə kimi təsvir etmək mümkün deyil: "KİV-in obyektivliyi, operativliyi baxımından Azərbaycan nəinki MDB məkanında, bütün dünyada qabaqcıl yerləri tutur. Lakin Azərbaycanda da KİV problemsiz deyil. Buraya maddi-texniki təminatın yetərincə güclü olmamasını, professional kadr çatışmazlığını, bir neçə KİV-in siyasiləşməsini aid etmək olar".
Şöbə müdiri deyib ki, dünyada baş verən hadisələrlə bağlı CNN, BBC və digər transmilli telekorporasiyalar yalnız Qərbin bu hadisələr haqqında düşüncəsini dünyaya çatdırırdı.
Ə. Həsənov onu da deyib ki, beynəlxalq KİV-də Azərbaycan mətbuatında olan problemlər həddən artıq qabardılır: "Məsələn, ABŞ və digər Qərb mətbuatı Suriya, Liviya, digər Yaxın Şərq ölkələrində baş verənləri obyektiv ötürə bilirdimi? Onlara nəyi verməklə bağlı hədd qoyulmuşdu. Hətta bir sıra xarici ölkədə bloqgerlər fəaliyyətlərinə görə azadlıqdan məhrum edilib. Lakin Azərbaycan həmişə bu məsələdə nümunəvi ölkə kimi təqdim olunub".
PA rəsmisi Azərbaycan KİV-ni obyektiv, vicdanlı olmağa, kənar qüvvələrin təsiri altına düşməməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB