Son vaxtlar bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Füzuli rayonu ilə bağlı materiallar dərc olunur. Heç bir etibarlı mənbəyə söykənməyən bu yazıların müəllifləri olanları sadalamaqdansa böhtan atmağa daha çox üstünlük verirlər. Rayondan alınan məlumatlar yazılanların əksini söyləyir.
SİA-nın Füzuli Rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, bütün regionlarında olduğu kimi Füzuli rayonunda da böyük işlər görülür, abadlıq-quruculuq tədbirləri həyata keçirilir. Ölkə başçısının 13 iyul 2011-ci il tarixli sərəncamı əsasında rayonun 15 yaşayış məntəqəsini birləşdirən bərbad vəziyyətdə olan 34 km yol müasir standartlara uyğun şəkildə əsaslı bərpa olunub. Bir ildən artıqdır həmin rahat yollardan rayonun 25 min nəfər əhalisi istifadə edir. Ayrılmış vəsait təyinatı üzrə xərclənib.
Son bir ildə Horadiz şəhəri görkəmini tamam dəyişib, Avropa şəhərinə oxşayır. Rayonda bir sıra obyektlər tikilib, küçə və meydanlar, səkilər abadlaşdırılıb. Bunlardan biri də Şahmat məktəbidir ki, əsaslı bərpa olunaraq məktəb yaşlı şahmatçıların istifadəsinə verilib.
Bütün sahələrdə ölkə başçısının qarşıya qoyduğu vəzifələr həyata keçirilir. Təhsildə yeniliyin cəsarətlə tətbiqi sayəsində keçən dərs ilində 316 nəfər müxtəlif ali və orta ixtisas məktəblərinə daxil olub.
Rayon İcra Hakimiyyəti şəhid ailələrini, Qarabağ əlillərini, imkansız ailələri bayramlarda, tədbirlərdə yad edir, onlara qayğı göstərir. Bu il Qurban bayramında həmin kateqoriyadan olan 920 nəfərə bayram süfrəsi təşkil olunub, 300 nəfərə bayram hədiyyələri, ət və başqa ərzaq məhsulları verilib.
Təssüflər olsun ki, bəziləri bunları görmək istəmir, rayonda aparılan işlərə qara yaxmaq məqsədi ilə yalan və tamamilə böhtan xarakterli məlumatlar yaymaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB