Yeni Azərbaycan Partiyasının üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdi
Yeni Azərbaycan Partiyasının İcra katibliyi, İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, partiyanın rayon və şəhər təşkilatlarının sədrləri və fəalları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad etdi, məzarı önünə əklil və qızıl gül dəstələri qoydular. Görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu.
Ümummilli Lider Heydər Əliyev yolu
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan təşkilatçısı və qurucusu xalqımızın dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyev olan, Azərbaycanın xilası və nicatı üçün siyasi, ideoloji mənbəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından 20 il keçir. Bu illərin zirvəsindən boylanıb ötən əsrin 90-cı illərinə nəzər yetirdikcə yəqin edirsən ki, həmin dövr üçün Heydər Əliyev dühası ilə formalaşan bir təşkilatın - Yeni Azərbaycan Partiyasının yaranması labüd və zəruri idi.
Yeni Azərbaycan Partiyasının keçdiyi 20 illik şərəfli tarixi yol yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyinə malik olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda son 20 ilə yaxın müddət ərzində əldə edilən uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir.
1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra partiyanın inkişafında yeni bir mərhələnin əsası qoyuldu. İqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası inkişaf yolunda inamla irəliləyərək, Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlara atdığı imzası ilə cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi nüfuz qazandı. Bu müddətdə Yeni Azərbaycan Partiyası xalqımıza əvəzsiz xidmətlər göstərib, Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çeviribdir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir.
Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi inkaredilməzdir
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, bölgəninin aparıcı siyasi təşkilatıdır. Partiyanın tutduğu yol beynəlxalq səviyyədə təqdir olunur.
Bu gün Yeni Azərbaycan Partiyası sıralarında 600 minə yaxın üzvü birləşdirir. 1992-ci ildə təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən partyanın ötən dövr ərzində sıralarının sürətlə artması Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, ölkədə həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir. Partiyanın üzvlərinin 40 faizini gənclər təşkil etməsi də müsbət hal kimi dəyərləndirilməkdədir. Çünki Azərbaycan gəncliyinə diqqət və qayğı partiyanın fəaliyyətində əsas yer tutur. Bu diqqət və qayğının nəticəsidir ki, gənclər partiyanın sıralarında təmsil olunmaqla öz potensiallarını ortaya qoymaq imkanı əldə edir, bütün səylərini Azərbaycanın uğurlu gələcəyinə yönəldirlər. YAP-ın zəfərlər partiyası kimi təqdim olunması da onun biri-birini əvəzləyən əhəmiyyətli uğurlarına əsaslanır. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi inkaredilməzdir. Yarandığı dövrün tələbinə uyğun olaraq "Yeni, müstəqil Azərbaycan uğrunda" şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın daha güclü, qürətli dövlətə çevrilməsinə, insanların sosial rifah halının daha da yaxşılaşmasına səy göstərir. Daim yeniliyə, müasirliyə üstünlük verən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev atdığı mütərəqqi addımlarında Heydər Əliyev siyasi xəttinə sadiqliyini nümayiş etdirməklə Azərbaycanın dünya birliyində yeri və rolunun möhkəmlənməsinə əzmlə, yorulmadan çalışır.
20 illik şərəfli yol uğurlarımızın təhlili və yeni hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ötən dövrün ümumiləşdirilmiş ifadəsi bugünkü Azərbaycan və onun reallıqlarıdır. Beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilən, sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycanın gələcəyinə inam böyükdür. Bu inamın təsdiqi Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasıdır. Məqsəd Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu gün hər bir Azərbaycan vətəndaşından, xüsusilə Yeni Azərbaycan Partiyasının hər bir üzvündən bu məqsədlərə nail olmaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, birgə səylər atmaq tələb olunur.
Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin düzgün müyyənləşdirdiyi siyasət, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasıdır. Daim qeyd olunduğu kimi, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB