Təhlükəsiz və sağlam əmək şəraiti müzakirə edilib

Bakıda Əmək Müttəfiqliklərinin Regional Alyansının 4-cü konfransı öz işinə başlayıb
Təhlükəsiz və sağlam əmək şəraiti müzakirə edilib

Bu gün Bakıda Azərbaycan və Ukrayna Əmək Müttəfiqliklərinin Regional Alyansının 4-cü konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan Respublikasının əmək əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov, millət vəkili Hadı Rəcəbli, AFR-in Azərbaycandakı səfiri Herbert Quelle, beynəlxalq ekspertlər və mediya nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Füzuli Ələkbərov əməyin mühafizəsi, iş yerlərində beynəlxalq standartlara uyğun təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması sahəsində ölkəmizin dünyanın nüfuzlu qurumları ilə sıx əməkdaşlıqda həyata keçirilən islahatyönümlü strategiyaya malik olduğunu vurğulayıb. Qeyd olunub ki, bu strategiyanın icrası və əldə olunun müsbət nəticələr ölkəmizdə əmək müfəttişləri tərəfindən qeydiyyatda olmayan işçi qüvvəsinin əmək fəaliyyətinə cəlb olunması prosesinin qarşısını alır.

Tədbir əmək fəaliyyəttinə malik olan təbəqənin təhlükəsiz işləməsi məsələsinin həlli yollarının müakirəsi ilə davam edib.

Məlumat üçün birldirək ki, beynəlxalq konfrans iki gün davam edəcək. Tədbir həmçinin dünya iqtisadiyyatının qloballaşdığı bir vaxtda region ölkələrində işçilər üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün də xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə