Tibb Universitetinə pul ayrıldı

Tibb Universitetinə pul ayrıldı

5 milyon manat universitetin Tədris-Cərrahiyyə Klinikasının tikintisinə sərf olunacaq

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİS-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Tibb Universitetinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə