“Araz çayı Urmiya gölünə axıdılsa..."

“Araz çayı Urmiya gölünə axıdılsa..."

Bunu açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib. "Əgər bu baş verərsə, ölkəmizin Aran zonalarında quraqlıq yaranar, kənd təsərrüfatı məhsulları məhv olar".

T.Zeynalovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də onunla həmfikirdir. "Onların da fikri mənimlə eynidir. Onlar başqa cür hərəkət edə bilməzlər. İnanmıram ki, nazirlik buna razılıq versin", – deyə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfəda bildirib ki, Urmiya gölünə Araz çayının suyunun axıdılması planı üzrə iş gedir.

"Bu, Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə