Azərbaycan Ordusu daha bir əsgərini itirdi. SİA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Cəbhənin Xocavənd istiqamətində Milli Ordunun əsgəri, 19 yaşlı Paşa Nemət oğlu Mürsəlov minaya düşərək həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, P. Mürsəlov Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB