Almaniyadakı Bonn Universitetinin apardığı araşdırma sübut edib ki, "eşq hormonu" kimi tanınan oksitosin kişilərin həyat yoldaşlarını aldatmasının qarşısını alır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırma üçün 57 kişi iki qrupa ayrılıb. Dr. Rene Hurlemann və onun qrupu birinci qrup kişiyə burun spreyiylə oksitosin veriblər. Sprey sıxıldıqdan 45 dəqiqə sonra hər iki qrupun yanına cazibədar qadınlar göndərilib. Burnuna sprey sıxılan kişilərin, sıxılmayanlara nisbətən qadınlardan 10-15 sm daha uzaq dayandığı təyin olunub.
Elm adamları bu hormonun kişilərin həyat yoldaşlarına sadiq qalmalarını təmin etdiyini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB