Ağdamda avtovağzal kompleksinin olmaması sərnişindaşımada sıxlıq və süni qiymət artımna səbəb olur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, avtobus qıtlığı yaşayan sərnişinlər Bakı və digər şəhərlərə getmək üçün Bərdəyə və digər yaxın rayonlara üz tuturlar. Bu da onlar üçün həm zaman, həm də pul itkisinə səbəb olur.
Bakıya gedən avtobuslar isə yalnız səhər saatlarında xəttə çıxır. Bunun üçün isə sərnişinlər Quzanlı qəsəbəsinin mərkəzində avtobuslara minmək üçün gözləyirlər. Səhər saatlarında avtobusa çatmayan sərnişinlər isə fərdi avtomobillər vasitəsilə getməli olurlar ki, bu da ikiqat pul itkisinə səbəb olur. Belə ki, avtobusla gedəndə 8-10 AZN arası məbləğində pul xərcləyən sakinlər fərdi avtomobillərlə getdikdə 15-16 AZN sərf etməli olurlar.
Bəzi sakinlər isə ailəvi səfərə çıxmaq üçün fərdi avtomobillərə adambaşına 15 AZN ödəməli olurlar. Bu da onlara ikiqat baha başa gəlir. Avtobusla gedəndə isə bu pulun tam yarısını ödəyirlər.
Nəqliyyat Nazirliyinin əməkdaşları isə məsələdən xəbərdar olduqlarını və avtovağzalın tikilməsinin vacibliyini qeyd edirlər. Avtovağzalın və bilet satışının olmaması sıxlıq və pərakəndəlik yaradır ki, bu da sərnişindaşıma qaydalarına ziddir.
Qeyd edək ki, bu barədə Rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayonda avtovağzal tikilənə qədər sərnişin avtobusları və digər şəhərlərə sərnişin daşıyan avtomobillər üçün kiçik stansiyaların istifadəyə verilməsi gözlənilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB