Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli ictimai yerlərdə siqaret çəkən insanlara münasibətini bildirib. Onun sözlərinə görə, bu işdə ilk növbədə ictimai qınaq və mətbuatın öz köməyi olmalıdır: "Mətbuat nümayəndələri özləri də siqaret çəkməməlidirlər. Siqaret qiymətlərinin qaldırılması düzgün deyil. Heç bir məsələdə cəza məsələnin həllində başlıca yol deyil. Siqaretin qiyməti qalxanda pis, ucuz siqaret satacaqlar. Belə olanda qaçaqmalçılıq daha geniş vüsət alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB