Yaxın üç gündə hava...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, ara bir çiskinlik olacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək.

Bölgələr üzrə də hava şəraiti buludlu olacağı, cənub rayonlarında yağış yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarda gecə 7-10 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda isə gecə 0-3, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Noyabrın 20-dən 22-dək Respublika ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə