Parkinqlər ilin sonunda istifadəyə veriləcək

Parkinqlər ilin sonunda istifadəyə veriləcək

Paytaxt Bakıda avtomobil sıxlığının və tıxaclarının qarşısının alınması məqsədilə ardıcıl tədbirlər görülür. Onlardan biri də şəhərin mərkəzi hissəsində parkinqlərin tikintisidir. Səbail Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, "Azadlıq" meydanında, 2000-dək avtomobil tutumu olan ikimərtəbəli dayanacağın tikintisi işləri tamamlanmaq üzrədir.

Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə tikilən obyektin bu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulub. "Fəvvarələr" meydanında tikilən yeddimərtəbəli 500 avtomobil yerlik dayanacaq xüsusi layihəyə əsasən, həmin əraziyə uyğunlaşdırılaraq inşa olunur. Ötən ilin sonunda başlanılmış dayanacaq cari ilin axırında istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə