Səfər Əbiyev hərbi təlimdə iştirak edəcək

Səfər Əbiyev hərbi təlimdə iştirak edəcək

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Qətərə yola düşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, S. Əbiyev Qətərin paytaxtı Dohada keçirilən "Yırtıcı Şahin-3" çoxmillətli birgə hərbi təlimin simpoziumunda iştirak edəcək.

Qeyd edək ki, səfər Qətər dövlətinin Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Həmid ibn Əli Əl-Atiyyənin dəvəti ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə