Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Beynəlxalq Tələbələr gününü "28 Mall" Ticarət və Əyləncə Mərkəzində qeyd edib. Qurumdan SİA-ya verilən məlumata görə, paytaxtın ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan yerli və əcnəbi tələbələrin iştirakı ilə keçirilmiş tədbirdə ATGTİ-nin sədri Şahin İsmayilov çıxış edərək, tələbə-gəncləri təbrik edib, onları təşkilatın fəaliyyəti ilə tanış edib.
ATGTİ tədbir iştirakçılarını təşkilatın fəalları ilə daha yaxından tanış etmək üçün üzərlərində onların fotoşəkilləri olan stendlər hazırlayıb. İttifaqın fəalları şəkillərinin altında yaradılmış xüsusi xanalarda özləri haqda qısa məlumatlar və dünya tələbələrinə öz təbriklərini qeyd ediblər.
Bayram tədbiri Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının TGT-lərinin təqdim etdikləri konsert proqramı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB