Ağdam Yol Polisi reyd keçirib. Nəqliyyat Nazirliyi və Yol Patrul bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı avtomobillərdə görməni məhdudlaşdıran, pərdə və plyonkalı avtomobillər saxlanılıb. Polisin saxla əmrinə tabe olmayan, hətta müqavimət göstərən sürücülərə rast gəlinib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, saxlanılan avtomobillər arasında texniki baxışdan keçməyənlərlə bərabər, tələb olunan texniki şərtlərə cavab verməyən, dövlət nömrə nişanı açılan və avtomobilinə əlavə vasitələr quraşdıranlar da müəyyən edilib.
Sürücülərin bəziləri isə sərxoş halda sükan arxasına əyləşdiyindən reyd zamanı hətta avtomobilləri sürücülük vəsiqəsi olmadan idarə edən sürücülərə də rast gəlinib.
Qeyd edək ki, ictimaiyyətin və medianın dəstəyi ilə yol polisinin apardığı reydlər davam etdiriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB