Dövlət Neft Şirkəti yardım payladı

Dövlət Neft Şirkəti yardım payladı

Ağdamın 4 yol qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkünlərə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən ərzaq yardımı verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Sumqayıt şəhəri və Füzuli rayonundan sonra növbəti yardım Ağdamda yaşayan məcburi köçkünlərə verilib. Onlarla köçkün ailəsinə şamil edilən yardım: çay, un, düyü, şəkər tozu və qarğıdalı yağından ibarətdir.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin öhdəliyinə 29 222 nəfər məcburi köçkün verilib. Bu məcburi köçkünlər əsasən Sumqayıt şəhərində, Füzuli rayonunda,Tərtər və Ağdam rayonlarında məskunlaşan məcburi köçkünlərdir. Artıq adı çəkilən rayonlarda yaşayan və Neft Şirkətinin öhdəliyində olan bütün köçkünlər ərzaqla təmin olunublar.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə