Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 12-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinn qısa icmalı: Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB