İDEA Kampaniyası gənclər arasında ətraf mühitlə bağlı işlərin aparılmasına, ekalogiya problemlərinin ailənin, cəmiyyətin və milli həyatımızın ayrılmaz hissəsi oması yolunda işlərini davam etdirir. SİA-nın məlumatına görə, Kampaniya ekoloji maariflənməni beynəlxalq səviyyədə həyata keçirmək məqsədi ilə "Yer Kürəsi Uşaqların gözü ilə" foto-müsabiqəsini reallaşdırıb. Müsabiqə tanınmış fotoqraf Reza ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Foto-müsabiqəyə qatılan gənclər "Mən Təbiəti Sevirəm" "Mən Çirklənmədən Qorxuram" mövzularında çəkdikləri şəkillər ilə müraciət ediblər.
Şəkillər fotoqraf Reza və bir çox foto, incəsənət ekspertləri tərəfindən seçilib və müəllifləri təltif olunub.
Bu gün "Yer Kürəsi Uşaqların gözü ilə" foto-müsabiqəsinin qalib fotolarını əhaliyə çatdırmaq məqsədi "Park Bulvar" alış-veriş mərkəzində sözügedən fotolar sərgilənib.
İDEA Kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev müsabiqə haqqında daha geniş məlumat verib: "Müsabiqəyə avqust ayında başlamışıq. Birinci yer Rusiyadan, ikinci yer Fransa, üçüncü yer isə Ruminyadan olan iştirakçılar oldu. Səsvermə həm də internet üzərində aparıldı. İlk sərgi Rusiyada keçirilmişdi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı qalibə mükafatını özü təqdim etmişdi. Bakıda isə bu sərgi ilk dəfədir. Bu müsabiqə daha çox gənclər arasında geniş yayılıb və bu onların dünyaya bir mesaji idi".
Qeyd edək ki, sərgi 1 həftə ərzində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB