Beynəlxalq Tələbə Günü qeyd ediləcək

Beynəlxalq Tələbə Günü qeyd ediləcək

Ölkənin ən böyük tələbə təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 17 noyabr Beynəlxalq Tələbə Gününü paytaxtın ali təhsil müsəssisələrində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə "28 Mall" Ticarət və Əyləncə Mərkəzində qeyd edəcək.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, tədbirin təşkilində məqsəd əcnəbi tələbələrlə yerli tələbələr arasında əlaqələr qurmaq, Azərbaycanı tələbə təşkiltlarını əcnəbi tələbələrə tanıtmaq və eyni zamanda əcnəbi tələbələri də ictimai fəaliyyətə cəlb etməkdir.

İki hissədən ibarət olacaq tədbirdə ATGTİ-nin sədri Şahin İsmayilov çıxış edərək, əcnəbi tələbələri ATGTİ-nin ümumi fəaliyyəti ilə tanış edəcək. Bu məqsədlə onlara video və foto təqdimatlar da nümayiş olunacaq.

Tədbirin 2-ci hissəsində gənclər üçün Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatlarının birgə hazırladıqları konsert və digər əyləncə proqramları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə