Metohəssas insanların nəzərinə!

Metohəssas insanların nəzərinə!

Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında noyabrın 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə