İDEA-nın təsisçisi Leyla xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Zsuzsanna Jakabla görüşüb
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla görüşüb.
Görüşdə kampaniya tərəfindən Azərbaycanda həyata keçirilən layihələr yüksək qiymətləndirilib, İDEA ilə DST arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialın olduğu bildirilib.
İDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən "Yaşıl həftə" layihəsi çərçivəsində baş tutan görüşdə, həmçinin gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB