Azərbaycan-Rusiya sərhəddində günlərdir ki, növbələr davam edir. Samur sərhəd-keçid məntəqəsində artıq 4 gündür ki, yüzlərlə sərnişin avtobusu, minik və yük maşını növbəyə durub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, problemin qonşu Rusiyanın sərhəddində olduğu və Rusiyanın gömrük keçid məntəqəsi gün ərzində cəmi 10-12 avtobusun qəbul etmək imkanı olduğu bildirilir .
Azərbaycanın Samur sərhəd və gömrük keçid məntəqələrindən asanlıqla keçmək mümkün olsa da, Rusiyanın Məhərrəmkənd sərhəd keçid məntəqəsində tıxac yaranıb.
Samur gömrük keçid məntəqəsindən isə verilən məlumata görə, sərhəddəki tıxac Rusiya tərəfində aparılan qeydiyyatla bağlıdır. Belə ki, sərhəddə əhali sıxlığının yaranması və digər texniki problemlər Rusiyanın Yaraq Qazmalarındakı Gömrük Keçid Məntəqəsində növbələrə səbəb olub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB