Elçin Quliyev: “Mühafizədə böyük işlər görülür”

Elçin Quliyev: “Mühafizədə böyük işlər görülür”

"Azərbaycan sərhəd mühafizəsində son illər böyük işlər görülür. Bura ən yeni silah və texnikaların tətbiqi, həmçinin sərhəd zastavalarının komendantlıqlarının və qarnizonların inşası daxildir".

SİA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib. O bildirib ki, sərhədlərin mühafizəsi prosesində ən müasir silah və texnikaların tətbiqi davam edir və edəcək: "Bu yeni silah və texnikaların tətbiqi bir tərəfdən xidməti döyüş fəaliyyətini gücləndirir, digər tərəfdən isə Azərbaycan ordusunun inkişafını göstərir".

E. Quliyev son illər ərzində Sərhəd Qoşunlarında gedən inkişaf prosesinin davam edəcəyini də qeyd edib: "Azərbaycan sərhədlərində müəyyən təhdidlər olsa da, o təhdidlərə qarşı dövlət zəruri tədbirlər görür. Biz dövlətimizin iqtisadi nailiyyətlərindən yararlanaraq sərhəd mühafizəsində üzərinə düşən addımları atırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə