Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı "Crocus Group"un rəhbəri Araz Ağalarov və oğlu müğənni, bəstəkar, iş adamı Emin Ağalarov "Crocus City Mall"ın ad gününü qeyd edib. SİA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, iş adamlarını təbrik etməyə gələnlər arasında xeyli tanınmış insan olub. Onlardan Rusiyanın baş naziri Dimitri Medvedevin həyat yoldaşı Svetlana Medvedeva, baş nazirin birinci müavini İqor Şuvalov, nazirin mətbuat katibi Natalya Timakova, Rusiya Prezident Adminstrasiyası işlər idarəsinin icraçısı Vladimir Kojin, Federasiya Şurasının üzvü Artur Çilinqarovu göstərmək olar.
Bu ərəfədə iki ad günü qeyd edilib. Belə ki, qonaqlar həm də Araz Ağalarovun 57 yaşının tamam olması səbəbilə təşkil edilən mərasimdə iştirak ediblər.
Keçirilən mərasimdə qonaqlar arasında aktyor Robert de Niro, stratosferdən tullanan Feliks Baumqartner, VTB prezidenti Aleksandr Budberq, rejissor Yuli Qusman və qardaşı Mixail Qusman, Moskvanın eks qubernatorunun həyat yoldaşı Faina Qromova, modelyer Valentin Yudaşkin, Moskva merinin müavini Leonid Peçatnikov, dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, müğənnilər Lev Leşşenko və Brayan Ferri də görünüb.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB