SAM və NATO əməkdaşlıq perspektivlərini müzakirə edib

SAM və NATO əməkdaşlıq perspektivlərini müzakirə edib

13 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva NATO Qərargahında görüşdə olub. SAM-dan SİA-ya verilən məlumata görə, Gülşən Paşayeva siyasi suallar və təhlükəsizlik, yarana biləcək təhlükələr və ictimai diplomatiya məsələləri üzrə Alyans şöbə nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirib, SAM-ın fəaliyyəti və layihələri haqqında ətraflı məlumat verib.

Bununla bərabər SAM və NATO arasında enerji təhlükəsizliyi, ictimai diplomatiya və digər qarşılıqlı maraq kəsb edən məsələlər, "Sülh naminə elm" proqramı daxil olmaqla birgə layihələrin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, səfər zamanı G.Paşayeva NATO-nun tərəfdaş ölkələri və üzvlərinin iştirak etdiyi, NATO-da Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunmuş "Cənubi Qafqazda Təhlükəsizlik Dilemması: Perspektivlər və Problemlər" mövzulu tədbirdə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə