Fəlakət, faciə o zaman olur ki, hər kəs bacardığı işin qulpundan yapışmır. Həyata keçirə biləcəyi işi görmək istəmir. Birmənalı şəkildə demək olar ki, populist siyasi çıxışları ilə dağıdıcı müxalifətin diqqətini özünə cəlb etmiş kinorejissor Rüstəm İbrahimbəyov da bacardığı işin qulpundan yapışanlardan deyil. O daha çox səhnədə, kino çəkilişlərində olmaqdansa partiyaların qapısını döyməklə siyası maraqlar ətrafında müzakirələrin aparılmasına səy göstərir. Onun müxalifət mətbuatına verdiyi son müsahibəsi də deyilənləri bir daha təsdiqləyir.
Siyasət adamlarının kinorejissor haqqında söylədikləri də maraqlı olar:
Aydın Mirzəzadə, millət vəkili:
- Rüstəm İbrahimbəyov kinorejissor sahəsinə uyğun olaraq müəyyən işlər görüb. Lakin kinorejissorun politoloq kimi bəyanatlar verməsi ciddi qəbul edilmir. Belə ki, onun bu sahəyə aid biliklərinin çatışmazlığı verdiyi bəyanatlardan aydın hiss olunur. Digər tərəfdən ictimai xadimlər bir qayda olaraq, sadəcə, cəmiyyətlə bağlı mövqe bildirir. Siyasi münasibətlərdə isə bir qədər ehtiyatlı olmağa çalışırlar. Bir sözlə siyasətlə heç bir zaman məşğul olmamış bir insanın Azərbaycanın daxili və xarici siyasətinə dair fikirlər bildirməsi cəmiyyət tərəfindən ciddin qəbul olunmur. Müxalif qüvvələr bundan başqa məqsədlər üçün istifadə edirlər. Təəssüf edirəm ki, bu gün Azərbaycanda baş verən inkişafı Rüstəm İbrahimbnəyov görmək istəmir. O Azərbaycanda suni inqilablar yaratmağa çalışır. Bu proses isə o zaman baş verə bilər ki, cəmiyyətin böyük bir hissəsi hakimiyyətin apardığı siyasətdən narazı olsun. Bu isə mənasız, absurd bir şeydir. Rüstəm İbrahimbəyovun bu cəhdi uğursuzdur. Çünki Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf edib, regionlarda geniş miqyaslı quruculuq, abadlıq işləri aparılır, yeni iş yerləri açılır. Ölkədaxili stabillik hökm sürür. Əmək haqları, pensiyalar günü-gündən artır. Aydın məsələdir ki, Azərbaycan cəmiyyətində həmin insanlar ideyaları, elmləri tükənib. Onlar cəmiyyətdə ajotaj yaratmaqdan başqa bir şey etmirlər. Bu isə mənasız cəhddən başqa bir şey deyil..
Bəxtiyar Sadıqov, millət vəkili:
- Rüstəm İbrahimbəyov bir zamanlar yaradıcılıqla məşğul olurdu. Vaxtikən maraqlı senarilər yazır, filmlər çəkirdi. Çox təəsüflər olsun ki, Rüstəm İbrahimbəyov son zamanlar Azərbaycan hökümətinə qarşı əsassız ittihamlar səsləndirir. Rüstəm İbrahimbəyov belə ittihamları səsləndirməkdə məqsədi öz istəklərini reallaşdıra biməməsi ilə bağlıdır. Hər bir Azərbaycan ziyalısı Azərbaycandakı inkişafı görməyə bilməz. Əslində ziyalılar ikili mövqe tutmaqdan uzaq olmalı, Azərbaycan dövlətinin möhkəmlənməsinə yardım etməlidirlər. Dövlətimiz 20 il ərzində böyük inkişaf yolu keçmişdir. İqtisadiyyatda əldə etdiyimiz davamlı inkişaf öz uğurunu göstərir. Azərbaycan dövləti Avropaya inteqrasiya edib, beynəlxalq təşkilatlarda öz sözünü deməyi bacarıb. Bu uğurlar, naliyyətlər isə təbii ki, davamlı olacaq.
Tahir Kərimli, Vəhdət Partiyasının sədri:

- Əslində Rüstəm İbrahimbəyov dövlətə qarşı deyil. Onun belə açıqlama verməsi bir sıra insanlarla bağlıdır. Qeyd edim ki, Rüstəm İbrahimbəyov bir tərəfdən Moskvadakı milyarderləri tənqid edir, digər tərəfdən isə həmin insanlarla dostluq münasibəti sərgiləyir. Belə olan təqdirdə bir sıra suallar ortaya çıxır. Rüstəm İbrahimbəyov kinomotoqrafiyada durğunluq yarandığını etiraf edir və bildirir ki, Rusiyadakı Azərbaycan kinomatoqrafiya komitəsini öz vəsaiti ilə saxlayıb. "Ziyalılar forumu"nun yaradılmasını da Eldar Namazovun yox, öz adına çıxır. Bir sözlə bildirir ki, bu forumun yaradılmasının müəllifi onun özüdür. Bir sıra ziyalılar var ki, vəzifəsini itirdikdən sonra müxalif yönümlü münasibət göstərilər. Belə insanlar əvvəlcə hakimiyyəti müdafiə edir, bir balaca soyuqluq yaranan kimi mövqelərini dəyişirlər. Mən bu cür mövqeyi başa düşə, anlaya bilmirəm.
Ruqiyyə Cəfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB