Bu gün Gənclər və İdman Nazirliyində adı çəkilən qurum, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansının dəstəyi ilə Gənclərin ekologiya mövzusunda II Ümumrespublika teatr festivalının final mərhələsinin başa çatması münasibətilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda festivalın rəhbəri, millət vəkili Jalə Əliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Emin Hüseynov, adı çəkilən qurumun icraçı direktoru Ramil Ağasiyev iştirak ediblər.
Festivalın rəhbəri Jalə Əliyeva bildirib ki, ilk dəfə olaraq ötən ilin iyulun 12-də Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən "İDEA-Ətraf mühitin müdafiəsi üzrə Beynəlxalq dialoq" təşəbbüsü irəli sürülüb: "Biz də istərdik ki, teatra gələn gənclərimiz vətəni sevməyin yolunun vətənin hər daşını, küçəsini, guşəsini, ağacını, çiçəyini sevməkdən başladığını səhnədən öz gözləri ilə görsünlər. Bu səbəbdən "Biz inkişaf zamanındayıq" İB tərəfindən festivala İDEA kampaniyasının fəaliyyətə başladığı və ildönümünün qeyd olunduğu 12 iyulda start verilib. Festivalda əsas məqsəd həm gəncliyi yaradıcı dialoqa cəlb etmək, həm də gənc teatr kollektivlərinin hər üzvünü ekoloq-səfir olmağa həvəsləndirməkdir. Bu festival əslində qiymətli priz və pul uğrunda gərgin rəqabət xarakteri daşımır. Festival daha çox gənclərin arasında fikir mübadiləsi, ideyalar toplusu, yaradıcı laboratoriya kimi nəzərdə tutulub".
Qeyd olunub ki, 3 gün ərzində tamaşalara baxış keçiriləcək. Peşəkar münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşəcək və mükafatlandırılacaq. I yerin qalibinə 3000 AZN, II yerin qalibinə 2000 AZN, III yerin qalibinə isə 1000 AZN mükafat veriləcək. Bundan başqa müxtəlif nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq. Bunlar ötən ildə olduğu kimi "Ən yaxşı ssenarist", "Ən yaxşı rejissor işi", "Ən yaxşı baş rol ifaçısı", "Ən yaxşı aktrisa" və s. olacaq.
Daha sonra Gənclər və idman nazirliyinin sektor müdiri Emin Hüseynov və adı çəkilən qurumun icraçı direktoru Ramil Ağasiyev çıxış edərək ekologiya probleminin böyük qlobal bir məsələ olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, yaradıcı gənclərin üzə çıxarılması və onlara göstərilən diqqət, qayğı əsas prioritet məsələlərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB