Uşaq və Tələbə Gənclər Dünyası İctimayi Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə internat uşaqlarıyla "İdmanın uşaqların inkişafında rolu" layihə həyata keçirir. SİA-nın verdiyi məlumata görə, Uşaq və Tələbə Gənclər Dünyası İctimayi Birliyi 2 saylı internatın qızları arasında baksetbol yarışı keçirib. Valeybol yarışı 2 saylı uşaq evinin şagirdləri ilə (qızlar arasında) 282 saylı məktəbin şagirdləri arasında təşkil olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri, icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Təşkilatın sədri Bəxtimşah xanım Tağıyeva tədbir öncəsi qızlara idmanın əhəmiyyətindən danışıb. Oyuna 2 saylı uşaq evinin şagirdlərinin qələbəsi ilə başa çatıb. Qalibləri təşkilatın rəhbəri mükafatlandırıb.
Oyundan sonra qaliblərə idmanın əhəmiyyəti haqqında bukletlər, hər birinə kostyumlar hədiyyə olunub. Qeyd edək ki, kostyumlar "COUNTERPART" (Amerikanın Azərbaycandakı təşkilatı) tərəfindən təşkilata verilib.
Uşaq və Tələbə Gənclər Dünyası İctimayi Birliyi həmçinin layihə çərçivəsində 7 saylı internat məktəbinin uşaqları arasında futbol yarışı təşkil edib. Yarışda iki komanda iştirak edib, aşağı sinif uşaqları yarışı izləyərək oynayanları həvəsləndiriblər.
Yarış öncəsi layihə rəhbəri Bəxtimşah Tağıyeva qeyd edib ki, layihə gənclərin idmana həvəsinin artırılması nöqteyi-nəzərdən əhəmiyyətlidir. Bu layihə nəticəsində sosail təcrid olunmuş uşaqlarla saglam uşaqlar arasında əlaqə qurulacaq, bu isə sosial təcridin qarşısını alacaq. O əlavə edib ki, bu layihə Azərbaycan Respublikasının Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi tərəfindən maliyyələşdirilib.
7 saylı internat məktəbin direktoru Afaq xanım Əsgərova çıxış edərək təşkilatın rəhbərinə təşəkkür edib belə layihələrin keçirilməsinin vacibliyini qeyd edib: "Bu, gənclərin həyatında müəyyən izlər buraxır ki, bu da onlara gələcəkdə uğurlu yol açır".
Tədbirdə Rusiya-Azərbaycan əməkdaşlıq Palatasının icraçı direktoru Fərhad Həsənov çıxışı zamanı təşklatın rəhbərinə təşəkkür edərək bildirib ki, belə layihələr daimi keçirilməlidir.
Tədbir başa çatdıqdan sonra təşkilat tərəfindən komandalara bukletlər, idmanın sağlalmıq üçün vacib şərt olması haqqında broşurlar komandalara şalvarlar, idman kostyumları paylanılıb.
Qeyd etmək yerinə düşər ki, təşkilatın üzvü Əhmədov Nicat Bəxtiyar oğlu bu il sentyabrın 28-29-u Yunanıstanın 16-cı Avropa çempionatında keçirilən yarışlarda Avropa çempionu olub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB