Qocalıq qarın yağmağı kimi qəfildən gəlir. Səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb...(Jan Fransua Renyar)
İnsanlar doğulur, yaşayır və heç fərqinə varmadan yaşlanıb həyatdan gedir.
İnsan ömrü hər adama görə fərqlidir. Lakin indiki dövrdə orta yaş həddi 75 ilə çatıb. Alimlər isə insanların 150 ilə qədər yaşaya biləcəklərinə inanırlar.
İnsanlar tarix boyu əbədi yaşamağın sirrini öyrənməyə çalışıblar.
Ölümlə bağlı nəzəriyyələr
İnsanların böyüməsi, yaşlanması və ölməsi haqqında müxtəlif nəzəriyyələr var. Bir nəzəriyyəyə görə, yaşadığımız müddətdə bioloji fəaliyyətimiz zamanı bədənimizdə gedən bəzi kimyəvi reaksiyalar gün keçdikcə sağlam hüceyrələrimizə zərər verir. Buna görə də hüceyrələr bölünmür və yaşlanır.
Bir başqa nəzəriyyəyə görə isə, insan ömrü genetik proqramlaşdırma ilə əvvəldən təyin olunub.
Proqram hüceyrələrə nəzarət edir. Təyin olunan qədər hüceyrə öldükdən sonra orqanlar lazım olan səviyyədə işləmir və insan ölür.
Ölümün səbəbləri
Zaman keçdikcə hər insan bədəni yaşlanır. Bəs səbəbini bilirsinizmi?
Müəyyən hüceyrələr öldükdən sonra orqanlar lazımı səviyyədə işləmir və insan ölür. Ancaq ilk dövrlərdə orta insan ömrü 30-40 il ikən indiki dövrdə 75 ilə çatması bu tezisi çürütməkdədir.
Bu məqsədlə alimlər meyvə ağcaqanadlarının genləri ilə oynayaraq daha uzun ömürlü ağcaqanadlar yaratmağı bacarıblar. Meyvə ağcaqanadı üzərində aparılan araşdırmalar, insan ömrü mövzusunda ciddi bir ipucu verə bilməyib. Ancaq genetik baxımdan insanlara daha yaxın olan siçanlar üzərində aparılan araşdırmaların daha həqiqi məlumatlar verə biləcəyi gözlənilir.
Sonuna qədər bölünə bilən tək hüceyrə xərçəng hüceyrəsidir. Buna görə də, əslində xərçəngin sirrinin açılması insanın yaşlanma sirrini açacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB