Bərdə və qonşu rayonlarda daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ev alqı-satqısı azaldığından ilin əvvəlinə nisbətən son aylarda torpaq alıcılarının sayı çoxalıb. Hazırda Bərdə şəhərində 1sot torpağın qiyməti 2-3 min AZN arasında dəyişir. Mərkəzdən uzaqlaşdıqca isə qiymətlər aşağı düşür.
Kəndlərdə isə torpaq daha ucuzdur. Kənd yerlərində həyətyani torpaq sahələrinin qiyməti 200 AZN-dən - 500 AZN-dək olduğu halda mərkəzdən bir az uzaq kəndlərdə 800 manata qədərdir.
Qeyd edək ki, məsələ ilə bağlı torpaq və xəritəçəkmə komitəsinin yerli şöbələrindən münasibət almaq istəsək də baş idarədən icazə olmadığından məlumat verə bilməyəcəklərini bildirdilər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB