Qeyri-qanuni bazarlar yaradılır

Bərdə-Ağdam magistral avtomobil yolunda qeyri-qanuni bazarların sayı günü-gündən artmaqdadır. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yol kənarları alış-veriş məkanlarına çevrilib və istənilən kənd təsərrüfatı məhsullarını burdan almaq mümkündür. Yəni bu yolun yolçuları bazara getmədən istədikləri məhsulları ucuz qiymətə əldə edə bilirlər. Pay torpağı yol kənarında olan kəndlilər min bir əzab-əziyyətlə becərdiyi məhsulu bazara yox, bir başa yolun kənarında rahat şəkildə satışa çıxarır. Burada həm bir yerdə, həmdə pərakəndə satış aparılır.

Yol kənarında gündəlik çörəkpulu çıxaran kəndlilər işlərindən razıdılar. Satıcılar bildirirlər ki, bazarlarda yer haqqı çox bahadır. Alıcı kütləsi də azdır. Ona görə də yol kənarında satışa üstünlük verilir.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin satış yerləri dəfələrlə ləğv olunsa da sakinlər yenə də yol kənarında alış-veriş edirlər. Amma buna baxmayaraq yaxın zamanda yol kənarı köşklərin tamamilə ləğvi nəzərdə tutulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə