İDEA Kampaniyasının həyata keçirdiyi layihə olan "Yaşıl Həftə" 3-cü günündə də beynəlxalq tədbirlərə imza atır. SİA-nın verdiyi məlumata görə Azərbaycan Diplomatiya Akademiyasında ölkəmizdə ilk dəfə olaraq "Ətraf mühit diplomatiyası" adlı təlim proqramı təşkil edilib. Bu təlim proqramının əsas məqsədi gələcək diplomatları, siyasətçiləri, regionda və dövlət orqanlarında, özəl sektorda və QHT-lərdə qərar qəbul edən digər şəxsləri bir araya toplayaraq onların ekoloji biliklərini artırmaq, beynəlxalq ekoloji problemlər ətrafında müzakirə aparmaq olub.
Xatırladaq ki, İDEA Kampaniyası (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB