“21.12.2012-Dünya niyə məhv olmayacaq?”

“21.12.2012-Dünya niyə məhv olmayacaq?”

Bu gün Tusi Bohm Planitariumda "21.12.2012-Dünya niyə məhv olmayacaq?" mövzüsunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Şamaxı Astrofizika Rəsədxanasının, Tusi Bohm Planitariumun və Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsi əsasında baş tutub. Şamaxı Astrofizika Rəsədxanasının aparıcı mütəxəssisi Ədalət Ətai tədbir iştirakçılarının dünyanın məhv olması ilə bağlı yayılan proqnozların doğruluğu və planetlərin paradı ilə bağlı sualları cavablandırıb.

Mütəxəssis bildirb ki, dekabrın 21-i astronomik qış günəş duruşu sayılır: "Bu zaman yer qış günəş duruşundan keçərək, ən uzun gecəni və ən qısa gündüzü yaşayacaq. Bu andan etibarən gündüzün uzunluğu tədricən artacaq. Yanvarın 5-də Yer Günəşə ən yaxın məsafədə olacaq. Bu astronomik və normal hadisədir. Həmçinin yerin ətrafında hər hansısa bir asteroid və ya süxurlardan ibarət bir kütlə yoxdur ki, toqquşma baş versin".

Ədalət Ətai planetlərin paradı ilə də bağlı ölkədə baş verən çaxnaşmaya açıqlama gətirib. O deyib ki, palnetlərin paradı milyard illər ərzində sonsuz sayda dəfələrlə təkrar olunub: "Planetlərin kütləsinin Günəşin kütləsindən 1000 dəfə kiçik olduğuna görə, parad zamanı heç bir qeyri-adi hadisə baş verməyəcək. Planetlərin paradında 4 planet – Mars, Yupiter, Neptun və Uran bir düz xətt üzərində dayanacaq. Lakin bunun Yeə heç bir mənfi təsiri olmayacaq".

Mütəxəssis onun da deyib ki, planetlərin paradı zamanı insanların beynində və şüurunda heç bir mənfi və ya müsbət dəyişiklik olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə