“Gənc ailələr mənzillə təmin edilməlidir”

Aydın Mirzəzadə: "Əminəm ki, bu istiqamətdə addımlar atılacaq”
“Gənc ailələr mənzillə təmin edilməlidir”

Azərbaycan hökumətinin apardığı siyasət büdcəni qorumağa imkan verir. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, manatın sabitliyinin saxlanması çətin işdir: "Bu işdə Mərkəzi Bankın əməyini qiymətləndirmək lazımdır. Deyim ki, Sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması üçün 1 milyard manat ayrılıb. Və həmin pul da qüvvəsini itirməyib. Bütün bunlar dövlətin apardığı siyasətin göstəricisidir".

Millət vəkili vurğulayıb ki, gənc ailələr mənzillə təmin edilməlidir: "Hər il 10 minlərlə ailənin mənzillərlə təmin edilməsində dövlət çalışmalıdır. Əminəm ki, bu istiqamətdə addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə