Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. SİA-nın məlumatına görə, Ekologiya ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1–dək davam edəcək.
Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam və Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən atrıq gənc qatılaraq 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb. "Zibil düşüncə", "13 yaşlı qızın gündəliyi", "Ekosit", "Qoy nəfəs alım", "Zibilə düşdük", "Oksigen balonu" və s.. tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək. Festival zamanı tanınmış sənət adamlarının iştirakı ilə ustad-dərslərin yer aldığı və həyəcanla gözlənilən 3 günlük Art Kamp keçiriləcək.
Qeyd edək ki, tədbirdə Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirlikləri, Azərbaycan – Amerika Alyansı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları, həmçinin QHT və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB