Bu gün "İrəli" İctimai Birliyi və Azərbaycan Diabet Liqası "ZNK" ticarət markasının dəstəyilə Ümumdünya Diabet Günü ilə bağlı sosial aksiya keçirib. SİA-nın xəbərinə görə, aksiyanın məqsədi diabet xəstəliyi haqqında gənclərə lazımı informasiyanı çatdırmaq olub.
Birliyin sədri Rauf Mərdiyev bildirib ki, BMT tərəfindən bu gün Ümumdünya diabet günü kimi qeyd olunur: "Hazırda Azərbaycanda 100 mindən çox insan bu xəstəlikdən əziyyət çəkir və onların əksəriyyətini gənclər təşkil edir. Azərbaycanda da bu günün qeyd olunmasını təşkil etməkdə məqsədimiz ictimaiyyətin diqqətini məhz bu xəstəliyə yönəltməkdir".
Aksiya çərçivəsində Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin iştirakı ilə flaşmob keçirilib.
Qeyd edək ki, tədbirdə gün ərzində həkimlər şəkər xəstəliyilə əlaqədar yoxlamalar və konsultasiyalar aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB