Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan müxalifətinə növbəti dəfə qəti xəbərdarlıq edib. DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SİA-ya açıqlamasında bildirib ki, polis Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerlərdə istənilən aksiya və digər bu kimi tədbirlərin qarşısını alacaq.
Onun sözlərinə görə, razılaşdırılmış və təyin edilmiş yerlərdə aksiya keçirənlərin təhlükəsizliyi polis tərəfindən təmin olunacaq: "Çünki bu polisin birbaşa vəzifəsidir. Amma razılaşdırılmamış yerlərdə hər hansı tədbir keçirilməsinə imkan verilməyəcək".
Xatırladaq ki, "facebook"da yayılan dəvətnamədə deyilir ki, dinc və sivil yolla saxta parlamentin buraxılmasına nail olmaq məqsədi ilə müxalifət tərəfindən noyabrın 17-də saat 15.00-da Fəvvarələr meydanında aksiya keçiriləcək.
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB