Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edib

Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edib

Bakıda Mədəniyyət və Turizm Nazirliyi və "AG-medikal travel"in dəstəyi ilə "Sağlamlıq turizmi və işbirliyi günləri" adlı beynəlxalq mübadilə proqramı həyata keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin yerli qeyri-hökumət və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Türkiyədən olan xəstəxanaların ölkəmizdəki təmsilçiləri iştirak edib.

İlkə Çolakoğlu, İlknur Çelik, Aynur Saqıyevanın təçkilatçılığı ilə həyata keçirilən tədbirdə məqsəd Azərbaycan və Türkiyədən olan həkimlərin bir araya gətirilməsi, onların bir-birlərini daha yaxından tanıması və tibb sahəsində inkişaf barədə fikir mübadiləsinin aparılnmasıdır.

Tədbirdə çıxış edən Türkiyənin "Emsey Hospital"ın baş həkim köməkçisi Tansel Turan ölkəsində olan ən müasir texnologiyalar, onların ölkəmizdə tətbiqinin mümkünlüyü barədə məlumat verib. T.Turan təmsil etdiyi qurumun fəaliyyətindən danışmış, bu tibbi mərkəzin Azərbaycandan olan xəstələrin Türkiyədə müayinə və müalicələrinin həyata keçirilməsinə hər zaman hazır olduqlarını vurğulayıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Şərq Universiteti xəstəxanasının həkimi Fuat Türköz Çönər tədbirdə radiasiya ankologiyası barədə təqdimatla çıxış edib.

İlk öncə F.Türköz təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında məlumat verib. F.Türköz xəstəxanada Şimali Kipr Türk Cümhuriyyətin və digər ölkə vətəndaşları hər cür xidmətlərin həyata keçirilə biləcəyini söyləyib.

O bildirib ki, universitet daxilində açılan xəstəxana ürək damar rahatsızlığı və xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrə yardımçı olmaq məqsədilə yaradılıb:"Son zamanlar bu xəstəliklərdən əziyyət çəkən insanların sayının getdikcə artması, çox təəssüf ki, müalicəsinin az olması, xəstələrin bu ölkədə yaşayanların digər ölkələrə üz tutmasını şərtləndirirdi. Lakin bu müəssisənin açılması xəstələrin artıq başqa ölkələrə getməsinin qarşısını aldı".

Tədbirdə "AG-Medikal Travel"in təmsilçisi İlknur Çelik qısa zamanda belə bir mübadilə proqramının həyata keçiriləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə