“İRƏLİ” "Rəqs Klubu" fəaliyyətini davam etdirir
“İRƏLİ” rəqs edir FOTO

"İRƏLİ" Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən rəqslərə marağı olan gənclər üçün start verilən "Rəqs Klubu" fəaliyyətini davam etdirir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, ilk olaraq keçirilən "Argentina tangosu" dərsləri 2 ay müddətində davam edəcək.

Dərslər Yelena Sidorenko tərəfindən aparılır və qrup 15 bəy, 15 xanım iştirakçı olmaqla 30 nəfərdən ibarətdir.

"Rəqs Klubu"nun fəaliyyəti çərçivəsində rəqs dərslərinin, festivalların keçirilməsi planlaşdırılıb. Rəqs klubunda milli, avropa, latın-amerikan, müasir və digər rəqslərin təlimi təşkil olunacaq.

Qeyd edək ki, klubun məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, mədəni inkişaflarının təmin olunması, onların milli və dünya rəqsləri haqda məlumatlandırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə