Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şərq-Qərb İdarəetmə İnstitutu - Azərbaycanda Sosial-İqtisadi İnkişaf Proqramının (SEDA) nümayəndələri Timosi Madiqan, Ziba Quliyeva, Vaqif Həsənov və USAİD demokratiya və idarəçilik layihələrinin icrası üzrə mütəxəssisi Pərviz Musayevlə görüşüb.
SİA-nın məlumatına görə, görüşdə Şura və SEDA proqramı arasında əməkdaşlıq münasibətlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. A.Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və imzalanmaq üçün hazırlanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Gələcək əməkdaşlıq üçün "Vətəndaş iştirakçılığında beynəlxalq və milli təcrübə" mövzusunda konfransın birgə təşkili, SEDA layihəsinin müşahidə şurasında QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiliyi və Şuranın digər təklifləri müzakirə olunub və onlara münasibət bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB