Gəncənin Məhsəti qəsəbəsində asfalt örtüyünün döşənməsinin ardından qəsəbədə yaşayan sakinlər üçün yeni su xəttinin çəkilişinə başlanılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, şəhər İcra Hakimiyyəti Aparatının təşəbbüsü ilə həyata keçirilən işlər çərçivəsində vətəndaşların içməli suya olan tələbatının yaxşılaşdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. İlkin mərhələdə 700-dən artıq abonentin içməli suya olan tələbatı təmin ediləcək.
Su xətti ən müasir avadanlıqlarla çəkilir. Əraziyə texnikalar göndərilib, lazım olan texnikaların bir hissəsi xarici ölkələrdən gətirilib. Ana xəttdən çəkilən xəttlər dövlət hesabından ödənir.
Qeyd edək ki, işlərin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB