“Yeni nəsil: sərhədsiz məsuliyyət”

“Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı İkinci Beynəlxalq Gənclər Forumu keçiriləcək
“Yeni nəsil: sərhədsiz məsuliyyət”

Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətinin artırılması məqsədi ilə 21-24 noyabr 2012-ci il tarixlərində Bakı şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı II Beynəlxalq Gənclər Forumunun keçirilməsi nəzərdə tutulub. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, forumda Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclərlə işləyən dövlət orqanlarının və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, gənc alimlərin, ictimai fəal, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, tədbirin proqramına əsasən forum iştirakçılarının həmçinin Bakı şəhərində tanışlıq məqsədi ilə gəzintilərinin və Naxçıvan Muxtar Respublikasına səfərinin təşkil edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə