Gənc jurnalistlərin nəzərinə!

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı gənc jurnalistlər üçün beynəlxalq miqyaslı yazı müsabiqəsi elan edib. SİA-nın məlumatına görə, müsabiqədə iştirak etmək istəyən 25 üzv ölkədən olan gənc jurnalistlər təyin olunan mövzular üzrə özlərinə məxsus məqalə, araşdırma, xüsusi esselər ilə müsabiqəyə qatıla bilərlər. Müsabiqə hər bir üzv ölkədə ayrı aparılacaq. Azərbaycanda iştirak etmək istəyən jurnalistlər elan olunan gündən 20 noyabr tarixinə qədər yazılarını [email protected] adresinə göndərə bilərlər.

Müsabiqədə iştirak edən yazılar dörd profesional jurnalist və təşkilatın bir rəhbər üzvü tərəfindən yoxlanılacaq və yekun mərhələdə səsvermə yolu ilə şeçiləcək.

Müsabiqədə 20-35 yaş arası jurnalistlər iştirak edə bilər. Yazıların həcmi 5000 işarədən böyük olmamalıdır. Qeyd edək ki, yazılar Azərbaycan dilində və aşağıdkı mövzularda olmalıdır:

1) Azərbaycanın İpək Yolunda oynadığı tarixi, mədəni rolu

2) Tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasındakı mədəniyyətlərarası dialoq

3) Müasir dövrdə İpək Yolu şəhərlərinin mədəni transformasiyası

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə