Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Dövlət Universiteti (BDU) 2013-2014 tədris ili üçün BDU-nun Hüquq fakültəsində Dəniz və Enerji hüququ üzrə yeni magistr proqramının hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzaladılar. SİA-nın məlumatına görə, memorandumu USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin və BDU-nun rektoru Abel Məhərrəmov imzaladılar.
Anlaşma Memorondumuna əsasən tərəflər yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi, proqramı üzrə yeni fənnlərin və tədris planının tərtibi, fakültə üzvləri üçün tədris planının hazırlanması və tədris metodologiyasından istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlığı bəyan etdilər. Onlar həmçinin yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasına başlayacaqlar. Dəniz və Enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaq. Bu proqram tam yeni fənnlərdən ibarət olaraq hüququn Azərbaycana daha çox aidiyyəti olan sahələrinə xüsusi diqqət yetirəcək. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında planlaşdırılır. Başlanğıcda proqramın tədris dili ingilis dili olacaq.
Növbəti səkkiz ay müddətində BDU-ya texniki dəstək göstərilməsi üçün USAID partnyoru olan Amerika Hüquqşünaslar Assosiasiyasına (ABA) qrant ayırır. Yeni proqramın hazırlanması zamanı ABA və BDU Amerikanın Tuleyn (Tulane) Universitetinin Hüquq Fakültəsi ilə əməkdaşlıq edəcəklər. Belə ki, Tuleyn Universitetinin Dəniz və Enerji hüququ magistr proqramına uyğun proqramları reallaşdırmaq təcrübəsi vardır.
İmzalama mərasimində iştirak edən ABŞ səfiri Riçard Morninqstar qeyd etmişdir ki, "Bu ABŞ Hökuməti ilə Azərbaycan Hökumətinin hüquq təhsilinin inkişafı, hüquq peşəkarlığının gücləndirilməsi və nəticədə hüququn aliliyinin genişlənməsi sahəsində növbəti birgə əməkdaşlığıdır".
BDU-nun rektoru Abel Məhərrəmov səfir Morninqstara və USAID-ə təşəkkürünü bildirərək qeyd etdi ki, "Biz hüquq təhsilinin keyfiyyətinin yüksəlməsi sahəsində səylərinizi dəyərləndiririk və USAID, ABA, Tuleyn Universiteti ilə birgə əməkdaşlığımız çərçivəsində Bakı Dövlət Universitetində yeni və güclü Dəniz və Enerji hüququ üzrə magistr proqramının qurulmasına ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB