Şirvanda Konistuitutsiya günü ilə əlaqədar növbəti nümunəvi məhəllənin açılışı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərinin 28 May küçəsi 1 və 2 saylı binaların qarşısında yeni tikilmiş 16-cı nümunəvi məhəllənin açılışı olub.
Məlumat üçün bildiririk ki, Şirvan şəhərində aparılan geniş abadlıq və quruculuq işləri ilə yanaşı məhəllərdə, yaşayış massivlərində qanunsuz tikili, çəpərləmələr sökülərək ləğv edilir və həmin ərazilərdə yeni nümunəvi məhəllələr salınır. Aparılan abadlıq və quruculuq işləri, yeni salınan nümunəvi məhəllələr, tikilən xeyir-şər evləri əhali tərəfindən yüksək qiymətləndirilir. Hal-hazırda 28 May küçəsi 1 və 2 saylı binaların qarşısında açılışı olan 16-cı nümunəvi məhəllədə əhalinin istirahəti üçün 2 ədəd günlük (besetka), 6 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılıb, 6 ədəd oturacaq və tullantıların atılması üçün zibil qutusu qoyulub, 900 p/m beton bardyur tökülüb, 345 ədəd dekorativ barduyur qoyulub, 940 m2 tamet örtük, 1450 m2 asfalt örtük döşənib, 50 maşın yararlı torpaq törülərək 250 ədəd zeytun və şam ağacları əkilib, ərazidə olan ticarət obyektləri qaydaya salınıb, məhəllə əhalinin istifadəsinə verilib.
Açılışda İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhər rəhbərliyi sakinləri ərazidə aparılan yenidən qurma işlərinin yekunlaşması nəticəsində təmiz, səliqəli istirahət meydançasının yaranması münasibəti ilə təbrik edib. Sakinlər çıxışlarında yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildiririk ki, noyabr ayının sonlarına Heydər Əliyev prospekti 26 A və 28 A saylı binaların qarşısında 17-ci nümunəvi məhəllənin açılışı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB