"Yaşıl həftə"nin 2-ci günü

Bu gün Hilton oteldə İDEA Kampaniyası və UNEP Avropanın Əsas Qruplar və Səhmdarlarının Məsləhətləşmə Görüşü təşkil edilib. SİA-nın məlumatına görə, görüşdə 50-dən artıq xarici qonaq və onların sayına müvafiq olaraq Əsas Qruplar və Səhmdarlar iştirak edib.

Məsləhətləşmə Görüşü bir sıra ekoloji problemlərin həlli istiqamətində siyasətin hazırlanması və bu siyasətin tətbiqində Əsas Qruplar və Səhmdarların UNEP-in regional ofisləri ilə birgə əməkdaşlığı üçün fürsətlərdən biridir.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə bugünkü tədbirin dünya səviyyəsində böyük bir kampaniya olduğunu bildirib: "Yaşıl həftə dünyaya olan bir çağırışdır. Müsbət haldır ki, bu təşəbbüs və çağırış məhz Azərbaycandan gəlib. Burda həm dövlətin, həm də qeyri-hökumət təşkilatlarının dəstəyi var. İDEA beynəlxalq ekologiya kampaniyasının BMT səviyyəsində belə bir tədbir keçirməsi göstərir ki, bu sahə qeyri-hökumət təşkilatlarının diqqət mərkəzindədir".

Qeyd edək ki, bu gün "Yaşlı həftə"nin 2-ci günüdür və layihə çərçivəsində olan tədbirlər 16 noyabra qədər davam edəcək. Layihənin təşkilatı üzrə müvafiq hazırlıqları isə İDEA və UNEP-in əməkdaşlığı çərçivəsində aparılır.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə