YAP gəncləri qanvermə aksiyasında

YAP gəncləri qanvermə aksiyasında

Bu gün Yen Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Adıçəkilən aksiyada 150 nəfərin iştirak etməsi və bu rəqəmin 60%-ni gənclərin təşkil etməsi gözlənilir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun SİA-ya verdiyi məlumata görə, YAP-ın bu kimi xeyriyyə aksiyaları davamlı olaraq keçirilir və mütəmadi olaraq davam edəcək. O bildirib ki, belə layihələrdə gənclərin könüllü iştirakı sevindirici haldır.

Bütün xəbərlər Facebook səhifəmizdə