Azərbaycanda səfərdə olan Gənc Türk Yazarlar birliyinin üzvləri Qubaya səfərə gəliblər. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Soyqırımı məzarlığını ziyarət edən türkdilli yazarlar ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırımına dünya miqyasında hüquqi qiymətin verilməsinin və bu faciənin bədii ədəbiyyatda öz əksini tapmasının vacibliyini bildiriblər.
Orta Asiya və Avropada yerləşən 12 ölkəni təmsil edən gənc türk yazarların Qubaya səfəri çərçivəsində soyqırımı məzarlığı ziyarət olunub. Ziyarətçilərə ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi amansız qətillər və bu qanlı hadısələrin real nişanəsi olan soyqırımı məzarlığı barəsində məlumat verilib.Türkdilli yazarlar ermənilərin törətdiyi Quba faciəsinin bədiii ədəbiyyatda əks olunması,eləcə də soyqırımının beynəlxalq qurumlar tərəfindən hüquqi cəhətdən qiymətləndirilməsi üçün təşəbüskar olacaqlarını bildiriblər.
Qubaya səfəri çərçivəsində türkdilli gənc yazarlar qədim mədəniyyət mərkəzinin tarixi ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB